Azərbaycan şahmatçısı açıq Avstraliya çempionatında ikinci qələbəsini qazanıb
Melbrunda şahmat üzrə açıq Avstraliya çempionatı davam edir.

Yarışda ölkəmizi Kənan İzzət təmsil edir. İdmançımız çempionatın ikinci turunda yerli şahmatçı Yevgeni Şona qalib gəlib. İlk turda da şahmatçımız avstraliyalı idmançı Cen Nakauçidən üstün olub.

Qeyd edək ki, turnirdə 34 şahmatçı birincilik uğrunda mübarizə aparır.

Xəbər 657 dəfə oxundu.