“Bakı”nın 1/4 finalda rəqibi Omsk klubu oldu
“Bakı” voleybol klubu “Çelenc Cup”ın 1/4 final mərhələsində Rusiyanın “Omiçka” komandası ilə üz-üzə gələcək. İdman.com.az saytının məlumatına görə, paytaxtlılar ilk görüşü səfərdə, cavab matçını evdə oynayacaq.

İlk mübarizə fevralın 21-23-də, cavab qarşılaşmasını 1 həftə sonra keçirəcəklər.
Qeyd edək ki, Omsk təmsilçisi 1/8 finalda “Veert”i (Belçika) rəqabətdən kənarlaşdırıb.

Xəbər 932 dəfə oxundu.