AzVİF 2015-ci ilə yekun vurdu
Azərbaycan Velosiped İdmanı Federasiyası 2015-ci ildə keçirilmiş şosse yarışlarının nəticəsinə əsasən, öz yaş qrupunda reytinq sıralanmasına başçılıq edən velosipedçiləri xüsusi "çempion" köynəyi və xatirə hədiyyələri ilə təltif edib. Azerisport.az xəbər verir ki, mövsümün yekunu olaraq U-15, U-17 və gənclər kateqoriyasında 1-ci yerə 8 saylı İdman Olimpiya Məktəbinin yetirmələri layiq görülüb:

U-15 David Proherkus - 86 xal (8 saylı OEQİUGM)

U-17 Mikayıl Səfərli - 81 xal (8 saylı OEQİUGM)

Gənclər Kənan Qəhrəmanlı - 134 xal (8 saylı OEQİUGM)

Qeyd edək ki, adları çəkilən idmançılar 2016-cı ildə keçiriləcək bütün ölkədaxili yarışlarda "çempion" köynəyi ilə yarışacaqlar.

Xəbər 911 dəfə oxundu.