Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Azərbaycan Boks Federasiyasının boks mərkəzində böyüklər arasında Azərbaycan çempionatında ən güclülər müəyyənləşib.

Dekabrın 30-da 10 çəki dərəcəsində final döyüşləri keçirilib. Beş gün davam edən ölkə birinciliyində “Neftçi”, “Qızıl əlcək”, “Rabitəçi”, “Sərhədçi”, “Gömrükçü”, DİN İdman Cəmiyyəti, “Zenit”, “Lokomotiv” klubları ilə yanaşı, regionların təmsilçiləri də iştirak ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Araz İmaməliyev (46-49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Elməddin İsmayılov (60 kq), İman Əhmədli (64 kq), Elnur Süleymanov (69 kq), Nikolay Veselov (75 kq), Orxan Mayıllı (81 kq), Rahil Məmmədli (91 kq) və Kamran Mehtiyev (91 kq-dan yuxarı) qalib gəliblər.

Qeyd edək ki, 200-dən çox idmançının mübarizə apardığı yarışın baş hakimi Fuad Aslanov, supervayzeri isə Rövşən Hüseynov olub.

Xəbər 905 dəfə oxundu.