Üç futbolçu “Kəpəz”i tərk etdi
“Kəpəz” PFK əsas komandanın formasını geyinən üç futbolçu ilə yolları ayırıb. Gəncə klubunu Məhərrəm Hüseynov, Murad Ağakişiyev və Ziyabil Məmmədov tərk edib. İlk iki futbolçu cari mövsümün əvvəlində komandaya dəvət olunmuşdu.

“Kəpəz” PFK-nın rəhbərliyi hər üç futbolçuya komandadakı xidmətlərinə görə minnətdarlığını bildirir, gələcək karyeralarında onlara uğurlar arzulayır.

Xəbər 690 dəfə oxundu.