"Neftçi"nin 6 futbolçusu beynəlxalq turnirdə
2016-cı ildə Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə iştirak edəcək. Yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq turnirə “Neftçi” PFK-nın 6 futbolçusu – Bahadur Həziyev, Pilağa Mehdiyev, Elçin Əsədov, Kamran İbrahimov, Aslan Bədəlzadə və Ərziman Rizvanov dəvət olunublar.

Xəbər 679 dəfə oxundu.