Boks üzrə Azərbaycan çempionatı davam edir
Azərbaycan Boks Federasiyasının boks mərkəzində böyüklər arasında Azərbaycan çempionatı davam edir.

200-dən çox idmançının mübarizə apardığı yarışın beşinci günündə 10 çəki dərəcəsində yarımfinal döyüşləri keçirilir.

Birincilikdə “Neftçi”, “Qızıl əlcək”, “Rabitəçi”, “Sərhədçi”, “Gömrükçü”, DİN İdman Cəmiyyəti, “Zenit”, “Lokomotiv” ilə yanaşı regionların təmsilçiləri iştirak edirlər.

Yarışların baş hakimi Fuad Aslanov, supervayzeri isə Rövşən Hüseynovdur.

Çempionat dekabrın 30-dək davam edəcək.

Xəbər 929 dəfə oxundu.