Aeroportda «Oyun» terminalı olacaq
London olimpiadasının başlayacağı günə qədər Britaniya paytaxtının olimpiyaçıları qəbul edəcək hava limanı «Hitrou» yeni təyyarə terminalı istifadyə verəcək. İdman.com.az saytının məlumatına görə, onun adını «Oyun» qoyublar. Bu terminalın açılmasında məqsəd, aeroportu yüklənmədən qorumaq və xidmət səviyyəsini yüksəltməkdir.

Oyunların başa çatdığı gün avqustun 13-də hava limanından 10 min idmançının yola salınması gözlənilir. Məlumata görə, həmin gün təyyarələrə yüklənəcək baqajın sayı adi günlərə nəzərən 35 faiz artıq olacaq. Ümumənsə, gün ərzində yola salınan sərnişinlərin sayından 45 faiz çox yola salınacaq. Terminal avqustun 15-dək işləyəcək. Burada 31 qeydiyyat məntəqəsi fəaliyyət göstərəcək.

Bütün bunlar təkcə təhlükəsizliyə görə edilmir. Olimpiada günlərində Oyunların iştirakçılarına – idmançılara və VİP qonaqlara xüsusi gömrük şərtləri tətbiq olunacaq.
Qeyd edək ki, olimpiada iyulun 27-dən avqustun 12-dək keçiriləcək.

Xəbər 1060 dəfə oxundu.