“Qəbələ” klubu UEFA Avropa Liqası yarışlarının finalçısı ilə qarşılaşacaq
“Qəbələ” futbol klubunun qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib.

Topaz Premyer Liqasının 2015-2016-cı il mövsümünün ilk yarısından sonra istirahətə buraxılan “qırmızı-qaralar” yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək. Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma yanvarın 16-da təşkil olunacaq. Dörd gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun yetirmələri İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də keçiriləcək son yoxlama matçında komandamız UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.

Xəbər 790 dəfə oxundu.