“Azəryol” və “Muşina” klubları arasında keçiriləcək oyunların tarixi müəyyənləşib | |
Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsindəki oyunlarının tarixi müəyyənləşib. Bakı təmsilçisi yanvarın 19-da Polşada “Muşina” komandasının qonağı olacaq. Komandalar arasında cavab oyunu yanvarın 27-də Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq. Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan “Azəryol” Rumıniyanın “Tarqoviste” və Finlandiyanın “Salo” klublarını yarışdan kənarlaşdırıb. |
|
Xəbər 750 dəfə oxundu. |
|
|