Azərbaycan Polo Komandası 2015-ci ilin ən yaxşısı seçildi
24 Dekabr 2015-ci il tarixdə Gənclər və İdman Nazirliyi tərəfindən 2015-ci ilə yekun vuruldu. Fairmont mehmanxanasında keçirilən tədbirdə hər il olduğu kimi bu dəfə də il ərzində yüksək nailiyyətlər əldə etmiş idmançılar, komandalar, məşqçilər və klublar fəxri mükafatlarla təltif edildi. 2015-ci ilin komandası nominasiyası üzrə qalib isə Azərbaycan Polo Komandası seçildi. Həmçinin tədbir gedişində polo üzrə komandamızın Avropa Çempionu olması bir daha ictimaiyyətə çatdırıldı.

Xəbər 1146 dəfə oxundu.