Londonda turist qorxusu
Böyük Britaniyaının turizm idarəsinin – «VizitBriteyn»in rəhbəri Sendi Deyv olimpiada dövründə London mehmanxana sahiblərinin qiymətləri artırmaq barədə qərarlarını tənqid edib. İdman.com.az saytının məlumatına görə, o, bununla Britaniya turizm sənayesinə ağır zərbə vurula biləcəyini deyib.

Lakin elə olimpiada günlərində Londonun özünün də turist böhranına düşməsi mümkündür. Təkcə onu demək kiafyətdir ki, Olimpiya Oyunlarının Təşkilat Komitəsi əvvəlcədən rəsmi şəxslər, xüsusi qonaqlar, dövlət adamları və media üçün sifariş etdiyi otel nömrəlirinin 120 minindən imtina edib. Bundan başqa həmin dövrdə olimpiadaya aidliyi olmayan sıravi turistlərin də Londona səfər etməkdən çəkinməsi istisna deyil.

Sidney və Afinanın təcrübəsi də göstərir ki, bu şəhərlər olimpiada dövründə adi turistlərinin böyük əksəriyyətindən məhrum olmuşdu. Səbəb isə aydındır: qiymətlərin artması.
Qeyd edək ki, 30-cu Yay Olimpiya Oyunları bu il iyulun 27-dən avqustun 12-dək keçiriləcək.

Xəbər 988 dəfə oxundu.