“Kəpəz” komandası üç yoxlama oyununda qüvvəsini sınayacaq
Futbol üzrə Topaz Premyer Liqasının qış fasiləsi müddətində “Kəpəz” çempionatın ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək. Gəncə klubunun hazırlıq planı iki hissədən ibarət olacaq.

“Kəpəz” əvvəlcə Yevlaxda məşq edəcək. Komanda gələn il yanvarın 10-da Yevlaxda toplanacaq. Komanda burada bir həftə müddətində fiziki hazırlıq keçəcək. Daha sonra “Kəpəz” Bakıya yollanacaq. Komanda yanvarın 20-dən 28-dək paytaxtda taktiki və texniki hazırlıq üzərində işləyəcək.

Hazırlıq planına əsasən, Gəncə təmsilçisi üç yoxlama oyunu keçirəcək. Bu görüşlərdən biri Yevlaxda, ikisi isə Bakıda olacaq. Komandanın yoxlama matçlarındakı rəqibləri hələ müəyyənləşməyib.

Xəbər 722 dəfə oxundu.