“Lokomotiv” gərgin görüşdən qalib çıxdı
Bu gün Çellenc kubokunun 1/8 final mərhələsinin cavab oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Lokomotiv” səfərdə Serbiyanın “Vizura” klub ilə görüşüb. “Dəmiryolçular” ilk matçda evdə qalib gəldiyindən, rəqib meydanında psixoloji üstünlüyə malik olublar. Bu üzdən mübarizəni rahat şəkildə keçiriblər. Təbii, belə olan şəraitdə
qalib adını Azərbaycan komandası qazanıb.

Çellenc kuboku

8 fevral
1/8 final mərhələsinin cavab oyunu

21:00. “Vizura” (Serbiya) - “Lokomotiv” (Azərbaycan) – 0:3 (18:25, 7:25, 19:25)
Hakimlər: Tim Kaaber (Norveç), Audrius Qarqasas (Litva)

İlk oyun
“Lokomotiv” (Azərbaycan) – “Vizura” (Serbiya) - 3:1 (25:20, 25:18, 22:25, 25:18)

Xəbər 978 dəfə oxundu.