Təbriz klubu azarkeşlərini yenə sevindirdi
Bu gün İran çempionatında növbəti turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, Arazın o tayının ən böyük şəhərlərindən olan Təbrizin "Traktor Sazi" klubu bu turda "Neft Abadan"ı darmadağın edib - 4:1.

Həmvətənlərimizin əzəli rəqibi olan Tehranın "İstiqlal" komandası "Saypay"la bərabərə qalıb - 2:2.
Hazırda turnir cədvəlinə 49 xalla "Sepaxan" başçılıq edir. 2-ci pillədəki "İstiqlal"ın 47, 3-cü yerdəki "Traktor Sazi"nin 46 xalı var.

Qeyd edək ki, çempionatın bitməsinə 10 tur qalmış "Traktor" çempionluğa dörd iddialı klubdan biridir. Təbriz təmsilçinin qarşıdakı turlarda bu komandalardan yalnız lider "Sepaxan"la evdə görüşəcək.

Xəbər 967 dəfə oxundu.