“Azərreyl” 1/4 finala darmadağınla çıxdı
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu, bu gün Avropa Çempionlar Liqasında növbəti matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, “dəmiryolçular” 1/8 final mərhələsinin cavab görüşündə İsveçrənin “Volero” komandası ilə görüşüblər.
Mütəxəssislər, Bakı İdman Sarayında baş tutan oyunda meydan sahibələrinin qalib gələcəklərini ehtimal ediblər. Mülahizələr özünü doğruldub və “Azərreyl” qələbəni “qızıl set”ə saxlamayıb.

Matçın gedişinə gəlincə, rəqib Bakıda darmadağın görüb. 3-cü setdə maraqlı hadisə yaşanıb. Sözü gedən yarışın bombardiri Polina Rəhimova ilk texniki fasilədən ikinciyə qədər, ardıcıl 7 dəfə topu meydana daxil edib ki, bu da voleybol oyununda nadir hadisələrdəndir.

Avropa Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu

8 fevral
18:00. “Azərreyl” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:0 (25:17, 25:18, 25:14)
Hakimlər: Andrey Zenoviç (Rusiya), Borislav Pobornikov (Bolqarıstan)

İlk oyun
“Volero” (İsveçrə) – “Azərreyl” (Azərbaycan) - 1:3 (19:25, 25:22, 24:26, 16:25)

Xəbər 968 dəfə oxundu.