Əvəzedici komanda "Şərurspor"la qarşılaşıb
“Neftçi” PFK-nın əvəzedici heyəti seleksiya xarakterli yoxlama oyunu keçirib. U-19 komandamızın bir neçə üzvünün cəlb olunduğu görüş birinci divizion təmsilçisi “Şərurspor”a qarşı olub. Oyun “Dalğa Arena” stadionunun ehtiyat meydançasında baş tutub və 1:1 hesabı ilə nəticələnib. “Neftçi”nin heyətində Şəfi Bağırov fərqlənib.

Xəbər 652 dəfə oxundu.