Yozef Blatter: Mən futbolla bağlı fəaliyyətimə son verdim
Səkkiz il futbol fəaliyyətindən uzaqlaşdırılan FİFA prezidenti Yozef Blatter karyerası ilə bağlı son qərarını verib.

Blatter artıq futbol karyerasına son verdiyini açıqlayıb.

“Mən futbol fəaliyyəti ilə bağlı karyerama son vermək qərarına gəldim. Mayın 27-dən ABŞ hakimiyyəti FİFA-nın işlərinə qarışmağa başladı və həmin tarixdən mənim də bizim quruma olan ümidlərim heçə endi. Həmin gündən etibarən Ali futbol qurumuna qarşı mafioz bir təşkilat imici yaradıldı. Mən və Platininin postdan kənarlaşdırılması cəfəngiyatdır. Çünki İsveçrə qanunlarını rəhbər tutsaq, burada səkkiz il fəaliyyətdən kənarda qalan şəxs, ya qətldə əli olmalı və yaxud hər hansı bir bankı soymalıdır”, - deyə Blatter bildirib.

Xəbər 680 dəfə oxundu.