“Xəzər Lənkəran” xorvatiyalı futbolçu ilə müqavilə bağladı
“Xəzər Lənkəran” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-yaşıllar” bu gün xorvatiyalı yarımmüdafiəçi Roberto Alvizlə 2 illik müqavilə imzalayıblar.

27 yaşlı futbolçu buna qədər ölkəsinin “Sibenik” və “Medjimurye”, Avstriyanın “Holeneq” və “Liezen”, həmçinin Albaniyanın “Flamurtari” və “Kastrioti” klublarında çıxış edib.

Alvizin son klubu isə Kipr çempionatında mübarizə aparan “Anagennisi Deriniya” klubu olub. Hazırkı mövsümün ilk yarısını bu komandanın heyətində keçirən futbolçu 16 oyunda meydana çıxıb və 3 dəfə fərqlənməyi bacarıb.

Xəbər 1085 dəfə oxundu.