Ronaldu 1 milyon avroya maşın aldı | |
Portuqaliya yığmasının və İspaniya “Real”ının futbolçusu Kriştianu Ronaldu qiymətli hədiyyə alıb. İdman.com.az saytının məlumatına görə, 27 yaşını sevgilisi İrina Şeyklə dar çərçivədə qeyd edən ulduz hücumçu, özünə hədiyyə alıb. Ronaldu 1 milyon avroya yaxın ödəyərək “Lamborcini-Aventador”a sahib olub. Bu özəl modeli aldıqdan sonra Ronaldonun şəxsi avtoparkındakı maşınların sayı artıb. Onun bundan başqa 1 “Bentli”, 4 “Audi”si, 2 “Mersedes”i, həmçinin “Aston Martin”, “Mazerati” və “Porşe”si var. |
|
Xəbər 1059 dəfə oxundu. |
|
|