“Qarabağ” klubu Rahid Əmirquliyevi heyətinə cəlb edib
“Qarabağ” futbol klubu 2015-2016-cı il mövsümün fasiləsində ilk transferini reallaşdırıb.

Qış fasiləsi başlar-başlamaz komanda sıralarına yeni futbolçu qatıb. “Qarabağ” Azərbaycan millisinin üzvü Rahid Əmirquliyev ilə 2,5 illik müqavilə imzalayıb.

Qusar futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçinin son klubu “Xəzər-Lənkəran” olub.

Futbolçu yanvarın 5-də toplaşacaq komandanın sıralarına qoşulacaq.

Xəbər 725 dəfə oxundu.