“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb | |
“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” şirkəti gələn ilin iyununda keçiriləcək bu mötəbər idman hadisəsi ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir. Dekabrın 20-dən etibarən Neftçilər prospektinin Azadlıq prospektindən Puşkin küçəsinədək olan hissəsi asfalt örtüyünün təmirinə bağlanıb. Qeyd olunan təmir işlərinin 7 gün ərzində davam edəcəyi gözlənilir. Münasib olmayan hava şəraiti və gözlənilməz hallar üzündən təmir işlərinin uzun sürəcəyi halda şəhər sakinləri əvvəlcədən məlumatlandırılacaq. Yarışdan əvvəl salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir, Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq. |
|
Xəbər 862 dəfə oxundu. |
|
|