“Milan” – “Yuventus” matçı “Topaz”da
“Topaz” bu keçiriləcək oyunların əmsallarını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, ölkəmizdə fəaliyyət göstərən yeganə mərc oyunlarının proqramında İtaliya Kubokunun “Milan” – “Yuventus”, Fransa Kubokunda “Lion” – “Bordo” və Almaniya Federasiya Kubokunda “Ştutqart” – “Bavariya” matçları təkli matç kimi göstərilib.

Bundan əlavə, “Topaz” müştərilərinə 21 ekspress futbol oyunu təklif edir. Görüşlər əsasən Almaniya Federasiya Kuboku, Libertadores Kuboku, İspaniya Kral kuboku, İtaliya Kuboku və Fransa Kubokunda keçiriləcək.

Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. “Topaz” iştirakçıları yalnız 2012-ci ildə 3 400 000 manatdan artıq uduşa sahib olublar.
Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Xəbər 977 dəfə oxundu.