Şəmkirdə Uşaq Paralimpiya Komitəsinin bölməsi yaradılacaq
Milli Paralimpiya Komitəsində birinci vitse prezident, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin sədri Natiq Qasımov, Komitənin şobə müdiri, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin sədr müavini-icraçı direktor Kamal Məmmədov, Şəmkir rayon sakini Mətanət Quliyeva ilə rayonda sağlamlıq imkanları məhdud uşaqlarin idmana cəlb olunmaları istiqamətində müzakirələr aparılıb. Görüşdə Uşaq Paralimpiya Komitəsinin Şəmkir rayonunda bölməsinin yaradılması imkanları müzakirə edilib və 2016-cı ildə bölmənin yaradılmasınin mümkünlüyü qeyd olunub.

Bu istiqamətdə hazırlıq işlərinin görulməsi ücün M.Quliyevaya müvafiq təlimatlar verilib. Hazırlıq işləri başa catdıqdan sonra, 2016-cı ilin mart-aprel aylarında Komitənin mütəxəssislərinin Şəmkir rayonunu ezam edilmələri planlaşdırılır. Qeyd edək ki, görüş M.Quliyevanın təşəbbüsü ilə baş tutub.

Xəbər 975 dəfə oxundu.