Moldova kiçik ölkələr arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Bu ölkə ilk dəfə kiçik ölkələr arasında basketbol üzrə Avropa çempionatını qəbul edəcək. Kişilərdən ibarət yığmaların turnirinə ev sahibliyi etmək hüququ uğrunda beş ölkə mübarizə aparıb.

Avropa Basketbol Federasiyasının xüsusi komissiyasının üzvləri yekdilliklə Moldovanın namizədliyinə səs veriblər.

Moldova Basketbol Federasiyasının prezidenti Oktavian Vukol deyib: “Heç şübhəsiz, bu, Moldova basketbolunun, eləcə də bütövlükdə milli idmanın uğurudur. Bizim müraciətimiz ən inandırıcı oldu. Biz kiçik, lakin öyünə biləcəyi uğurları olan bir ölkədən - Moldovadan danışdıq”.

Kişineuda yeddi ölkənin – Azərbaycan, Andorra, Hibraltar, İslandiya, Kipr, Malta və San-Marino yığmaları mübarizə aparacaq. Püşkatma yanvarın 22-də Almaniyanın Frayzinq şəhərində keçiriləcək

Avropa çempionatının matçları iyul ayında Çoresku kommunasında, “Futzal-Arena”da oynanılacaq. Əvvəllər burada futzal üzrə dünya və Avropa çempionatları keçirilib.

Xəbər 779 dəfə oxundu.