Topaz Premyer Liqası, “Zirə” ikinci pilləyə yüksəldi
Topaz Premyer Liqasının XVII turunda “Qəbələ”ni 1-0 hesabı ilə məğlub edən “Zirə” turnir cədvəlinin ikinci pilləsinə yüksəldi.

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Biz çempionatın lider komandalarından birinə qarşı oynadıq. “Qəbələ” yarışın güclü iştirakçısıdır. “Qəbələ”nin oyunlarını izləmişdik. Düzdür, rəqibimiz son oyunlarda xallar itirib, bütün bunlara baxmayaraq, “Qəbələ”nin gücü göz önündədir. Futbolçularımız oyun ərzində verilən tapşırıqları yerinə yetirdilər və qələbə qazandıq. “Qəbələ” oyunboyu hücum etməyi sevir, biz isə ikinci hissədə cinahları işə saldıq. Bizim 30 nəfərdən ibarət futbolçu heyətimiz var, daima dəyişikliklər edirik. Odur ki, hələ yeni futbolçu barədə düşünmürük. Amma istənilən komandaya daha güclü oynaması üçün daha güclü oyunçular lazımdır”.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “İstefa məsələsinə şərhim yoxdur. Oyundan öncə Sergey Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi. Mən futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik. İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”.

Xəbər 697 dəfə oxundu.