Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib
Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə noyabrın 4-də 276 saylı tam orta məktəbdə Binəqədi rayon məktəblərinin 7-8-ci sinif şagirdləri arasında Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə hər bir komandanın tərkibində 5 nəfər (3 oğlan, 2 qız) olmaqla ümumilikdə 110 nəfər şagird iştirak edib.

Yekun nəticələrə görə 244 saylı tam orta məktəbin komandası birinciyə, 283 ikinciyə, 276 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.

Xəbər 789 dəfə oxundu.