Dama üzrə rayon birinciliyi keçirilib
27 noyabr 9 dekabr tarixlərində 276 saylı tam orta məktəbdə Binəqədi rayon məktəblərinin 2, 6-cı sinif şagirdləri arasında dama üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə hər bir komandanın tərkibində 6 nəfər (4 oğlan, 2 qız) olmaqla ümumilikdə 156 nəfər şagird iştirak edib.

Yekun nəticələrə görə 276 saylı tam orta məktəbin komandası birinciyə, 144 ikinciyə, 314 saylı tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər.




Xəbər 839 dəfə oxundu.