“Azəryol”-“Salo” voleybol oyunu başlayıb
Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsinin cavab oyununa çıxıb.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan görüşdə komandamız Finlandiyanın “Salo” klubunu qəbul edir.

Görüşü türkiyəli Cihat Fırıncıoğlu və ukraynalı Aleksey Skibitskiy idarə edirlər.

Qeyd edək ki, komandalar arasında Finlandiyada keçirilən ilk oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəmişdi. Təmsilçimiz turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırmışdı.

Xəbər 912 dəfə oxundu.