AFFA gələn ay növbəti prezidentini seçəcək
AFFA-nın hesabat-seçki Konfransının vaxtı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, tədbir martın 9-da baş tutacaq. Futbol assosiasiyasının inzibati binasında keçiriləcək toplantı saat 10:00-da başlayacaq. Konfransın gündəliyi hələlik tam açıqlanmasa da yığıncaqda AFFA prezidenti postuna seçkilərin keçiriləcəyi dəqiq məlumdur.

Sonuncu dəfə 2008-ci ilin martında keçirilən prezident seçkisindən 4 il sonra növbəti seçim baş tutacaq. AFFA-nın prezidenti ilə yanaşı İcraiyyə Komitəsinə seçkilər də gerçəkləşəcək və qurumun yeni tərkibi müəyyənləşəcək.
Qeyd edək ki, ötən il hesabat-seçki konfransı martın 5-də baş tutmuşdu.

Xəbər 998 dəfə oxundu.