“Bakı” uğurunu səfərdə də davam etdirəcəkmi?
Bu gün Çellenc kubokunun 1/8 final mərhələsinin cavab oyunları keçirəcək. İdman.com.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Bakı” səfərdə Xorvatiyanın “Rieka” klubu ilə qarşılaşacaq. Birinci görüşünü qələbə ilə başa vuran “zolaqlılar”, rəqib meydannıda da bu uğuru təkrarlamaq gücündədirlər. Mütəxəssislər matçın “qızıl set”ə qədər uzanacağını ehtimal etmirlər.

Çellenc kuboku

8 fevral
1/8 final mərhələsinin cavab oyunu

21:00. “Rieka” (Xorvatiya) - “Bakı” (Azərbaycan)
Hakimlər: İvan Momirov (Bolqarıstan), David Fernandes (İspaniya)

İlk oyun
“Bakı” (Azərbaycan) – “Rieka” (Xorvatiya) - 3:0 (25:14, 25:16, 25:21)


Xəbər 928 dəfə oxundu.