Vüqar Mürsəl oğlu Ələkbərov - BÜRÜNC MEDAL
Vüqar Mürsəl oğlu Ələkbərov 1981-ci il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub.

2000-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu, 2005-ci ildə isə Bakı Dövlət Universitetini bitirib.

1993-cü ildə avarçəkmə idmanı ilə məşğul olmağa başlayıb və Azərbaycan çempionu olub.1995-ci ildən boksla məşğul olmağa başlayan Vüqar Ələkbərov bir il sonra Azərbaycan çempionu adını qazanıb. O bu uğurunu 6 dəfə təkrarlayıb. Rusiya, Çexiya, Polşa, Rumıniya, Tailand, Türkiyə, Macarsıtan, Qazaxıstan, Özbəkistan, ABŞ və Kiprdə keçirilən bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçısı olub.

Hərbçilər arasında dünya çempionu, dünya kubokunun ikiqat mükafatçısı adını qazanıb.

Vüqar Ələkbərov karyerasının ən böyük uğurunu 2000-ci ildə Avstraliyanın Sidney şəhərində qazanıb. Onun XXVII Yay Olimpiya Oyunlarının boks yarışlarında qazandığı bürünc medal həm də Azərbaycan boks tarixinin ilk olimpiya medalı kimi idman tariximizə yazılıb.

2004-cü ildə Afina Olimpiadasında 5-ci yeri tutub.

Xəbər 2315 dəfə oxundu.