Xetaq Ruslanoviç Qazyumov - BÜRÜNC MEDAL
Xetaq Qazyumov 1983-cü il 24 apreldə Şimali Osetiyanın Alagir şəhərində anadan olub.

1990-cı ildə güləşlə məşğul olmağa başlayan Xetaq Qazyumovun birinci məşqçisi Aslan Tsoqoyevdir. 2001-ci ildən 2016-cı ilə qədər isə Xetaq Qazyumovun şəxsi məşqçisi Mariq Tedeyev oldu.

2007-ci ildə Azərbaycan yığmasının heyətində sərbəst güləş üzrə “Əli Əliyev memorialı" yarışının qalibi olub. Həmin ildə "Almaniya Qran-Prisi"ində və "Polşa" beynəlxalq yarışında birinci yerə layiq görülüb.

2008 ci ildə XXIX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə tərəqqi medalı, 2015-ci ildə I Avropa Oyunlarında qazandığı qızıl medala görə
"Şöhrət" ordeni, 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında qazandığı gümüş medala görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Xəbər 2293 dəfə oxundu.