İlin son ev oyunu - "Neftçi" – AZAL matçının biletləri satışda
Topaz Premyer Liqasının XVII turu çərçivəsində keçiriləcək “Neftçi” - AZAL oyununun biletləri bu gün satışa çıxarılıb. Qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Qeyd edək ki, dekabrın 17-də “Bakcell Arena”da keçiriləcək oyun saat 17:00-da başlanacaq.

Xəbər 708 dəfə oxundu.