Avro-2016. Final mərhələsi
İlk dəfə 24 komanda ilə və son dəfə bir ölkədə

Dekabrın 12-də dünyanın gözü Fransanın paytaxtına yönəlmişdi. Çünki dünya futbolunun mundialdan sonra ən böyük yarışı olan Avropa çempionatının final mərhələsinin püşkü Parisdə atılırdı. Gələn il planetin ən böyük idman hadisəsi Riodakı Yay Olimpiya Oyunları olacaqsa, futbol aləminin diqqəti bundan əvvəl - iyunun 10-dan iyulun 10-dək Avropanın ən güclü futbol ölkələrinin sammitinə yönələcək.

2010-cu il mayın 28-də Türkiyə və İtaliya ilə ikiraundluq rəqabətdə qalib gəlmiş Fransada keçiriləcək budəfəki turnir tam fərqli olacaq. İlk dəfə final mərhələsində 24 ölkə mübarizə aparacaq. Hələlik son dəfə turnir bir ölkədə təşkil olunacaq. Çünki sonrakı turnirin yalnız son pley-off yarışları bir ölkəyə təyin olunub.

24- ölkəlik bir yarış çox mübahisə mövzusu olsa da, bu turnirin marketinqi baxımından diqqət çəkir. Çünki futbolsevərə 31 oyun əvəzinə, bir ay ərzində 51 matç izləmək fürsəti veriləcək; Hərçənd yarış və prinsipləri mübarizə baxımından xeyli itirmiş olacaq. Buna görə də əsl mübarizənin 1/8 final mərhələsindən başlayacağını gözləyənlər, bəlkə də, yanılmırlar. Hər halda, qrup turnirində də çətin dördlüklər var. Türkiyə və İspaniyanın yer aldığı «D» qrupunu artıq indidən “ölüm qrupu” adlandıra bilərik. İlk baxışda pireneyliləri açıq favorit adlandırmaq olarsa, əslində, bu qrupda çox şey tam fərqli ola bilər. Çünki üslub və tərz baxımından bir-birinə yaxın və yaxın olduğu qədər də uzaq olan 4 ölkənin seçilmiş futbolçuları üz-üzə gələcək.
Amma ən yaxşı hesablamaları yarış ərəfəsində aparmaq daha doğru olar. Çünki qarşıdakı dövr hazırlıqlar və qazanc, xüsusən, zədələr səbəbilə itkilər baxımından əhəmiyyətli olacaq. Yeri gəlmişkən, hər komanda heyətinə, 3-ü qapıçı olmaqla, 23 futbolçu cəlb edə bilər. Lakin final mərhələsində ilk oyunu keçirənə qədər futbolçulardan hər hansı biri zədələnərsə, onun yerinə başqasını sifariş etməyə icazə veriləcək.

Beləliklə, 6 aya yaxın bir müddət ərzində hər bir komandanın rəqibini daha yaxından öyrənmək və ümumiyyətlə, turnir hesabatını aparmaq imkanı olacaq.


«A» qrupu
Fransa - Rumıniya 10 iyun 24:00
Albaniya - İsveçrə 11 iyun 18:00
Rumıniya - İsveçrə 15 iyun 21:00
Fransa - Albaniya 15 iyun 24:00
Rumıniya - Albaniya 19 iyun 24:00
İsveçrə - Fransa 19 iyun 24:00

«B» qrupu
Uels - Slovakiya 11 iyun 21:00
İngiltərə - Rusiya 11 iyun 24:00
Rusiya - Slovakiya 15 iyun 18:00
İngiltərə - Uels 16 iyun 18:00
Rusiya - Uels 20 iyun 24:00
Slovakiya - İngiltərə 20 iyun 24:00

«C» qrupu
Polşa - Şimali İrlandiya 12 iyun 21:00
Almaniya - Ukrayna 12 iyun 24:00
Ukrayna - Şimali İrlandiya 16 iyun 21:00
Almaniya - Polşa 16 iyun 24:00
Ukrayna - Polşa 21 iyun 21:00
Şimali İrlandiya - Almaniya 21 iyun 21:00

«D» qrupu
Türkiyə - Xorvatiya 12 iyun 18:00
İspaniya - Çex Resp. 13 iyun 18:00
Çex Resp. - Xorvatiya 17 iyun 21:00
İspaniya - Türkiyə 17 iyun 24:00
Çex Resp. - Türkiyə 21 iyun 24:00
Xorvatiya - İspaniya 21 iyun 24:00

«E» qrupu
İrlandiya - İsveç 13 iyun 21:00
Belçika - İtaliya 13 iyun 24:00
İtaliya - İsveç 17 iyun 18:00
Belçika - İrlandiya 18 iyun 18:00
İtaliya - İrlandiya 22 iyun 24:00
İsveç - Belçika 22 iyun 24:00

«F» qrupu
Avstriya - Macarıstan 14 iyun 21:00
Portuqaliya - İslandiya 14 iyun 24:00
İslandiya - Macarıstan 18 iyun 21:00
Portuqaliya - Avstriya 18 iyun 24:00
Macarıstan - Portuqaliya 22 iyun 21:00
İslandiya - Avstriya 22 iyun 21:00

Yarışın reqlamenti mundialların 80-ci illərini izləmişlər üçün qəribə görünməyəcək. Hər qrupdan iki ən yaxşı komanda pley-offa çıxacaq. 3-cü yerlərin sahiblərindən isə 4 ən yaxşı nəticə göstərəni bu hüquqa sahib olacaq.

4 ən yaxşı bu prinsiplə müəyyən olunacaq:

1. Daha çox qazanılmış xala;
2. Qol fərqinə;
3. Vurulan daha çox qol sayına;
4. Feyr-pley hesabına;
5. UEFA-nın milli komandalar üçün reytinq təsnifatındakı daha yuxarı yerə görə.

Pley-off mərhələsinin təqvim şərtləri:

1/8 final
1: 2-ci yer «A» - 2-ci yer C (25 iyun – Sent-Etyenn)
2: Qalib «D» - 3-cü yer «B»/«E»/«F» (25 iyun – Lans)
3: Qalib «B» - 3-cü yer «A»/«C»/«D» (25 iyun – Paris)
4: Qalib «F» - 2-ci yer «E» (26 iyun – Tuluza)
5: Qalib «C» - 3-cü yer «A»/«B»/«F» (26 iyun – Lill)
6: Qalib «E» - 2-ci yer «D» (27 iyun – Sen-Deni)
7: Qalib «A» - 3-cü yer «C»/«D»/E» (26 iyun – Lion)
8: 2-ci yer «B» - 2-ci yer «F» (27 iyun – Nitsa)

1/4 final
a: Qalib 1 - Qalib 2 (30 iyun – Marsel)
b: Qalib 3 - Qalib 4 (1 iyul – Lill)
c: Qalib 5 - Qalib 6 (2 iyul – Bordo)
d: Qalib 7 - Qalib 8 (3 iyul – Sen-Deni)

1/2 final
Qalib a - Qalib b (6 iyul – Lion)
Qalib c - Qalib d (7 iyul – Marsel)

Final
10 iyul – Sen-Deni

Stadionlar:Bordo («Nuvo Stad de Bordo», tutumu – 42.115), Lans («Stad Bollar-Delel», 38.223), Lill («Stad Pyer-Morua», 50.186), Lion («Stad dö Lümyer», 59.286), Marsel («Stad Velodrom», 67.394), Nitsa («Allyans Rivyera», 35.624), Paris («Park dö Prens», 47.000), Sen-Deni («Stad dö Frans», 81.338), Sent-Etyenn («Stad Joffrua Gişar»,41.965) və Tuluza («Stadyum Munisipal», 33.300). Bordo, Lion, Lill və Nitsadakı arenalar bu yarış üçün yeni inşa olunub.


BATI YAR

Xəbər 928 dəfə oxundu.