“Azəryol”-“Salo” voleybol oyununu idarə edəcək hakimlər müəyyənləşib
Xəbər verdiyimiz kimi, Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsinin cavab oyununu doğma meydanda keçirəcək.

Dekabrın 16-da Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq görüşdə komandamız Finlandiyanın “Salo” klubunu qəbul edəcək.

Artıq oyunun hakimləri müəyyənləşib. Görüşü türkiyəli Cihat Fırıncıoğlu və ukraynalı Aleksey Skibitskiy idarə edəcəklər.

Qeyd edək ki, komandalar arasında Finlandiyada keçirilən ilk oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəmişdi. Təmsilçimiz turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırmışdı.

Xəbər 772 dəfə oxundu.