Millimiz play-off mərhələsinə vəsiqə qazanıb
Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Millimiz qrupun son oyununda Xorvatiya yığması ilə qarşılaşıb. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb. İlk oyunda İsveç komandasını 8:2, ikinci qarşılaşmada isə Belarus yığmasını 7:2 hesabı ilə məğlub etmiş millimiz play-off mərhələsinə qrup birincisi olaraq vəsiqə qazanıb.

Play-off mərhələsinin püşkatma mərasimi 2016-cı il fevralın 12-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq. Bu mərhələnin oyunları isə martın 22-də və aprelin 12-də keçiriləcək.

Xəbər 688 dəfə oxundu.