Futbol üzrə Avropa çempionatının püşkü atılıb | |
2016-cı ilin yayında Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Çempionatın final turnirində ilk dəfə olaraq 24 komanda iştirak edəcək. Püşkatma nəticəsində komandalar altı qrup üzrə belə bölünüblər: A qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə B qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya C qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya D qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya E qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç F qrupu: Portuqaliya, Avstriya, İslandiya, Macarıstan. Çempionat Fransa-Rumıniya matçı ilə açılacaq. Görüş iyunun 10-da Sen-Denidəki Stade de France stadionunda oynanılacaq. Qrup mərhələsinin oyunları iyunun 10-22-də, 1/8 finallar iyunun 25-27-də, 1/4 finallar iyunun 30-da və iyulun 1-3-də, yarımfinallar iyulun 6-7-də, final oyunu isə iyulun 10-da keçiriləcək. Avro-2016-nın final mərhələsində iştirak edən 24 yığma komandanın hər biri 8 milyon avro alacaq. Prizlərin ümumi məbləği 301 milyon avrodur. Çempion üçün 27 milyon avro nəzərdə tutulur. UEFA isə turnirin keçirilməsindən 1,95 milyard gəlir götürməyi hədəfləyir. |
|
Xəbər 718 dəfə oxundu. |
|
|