Azərbaycan Premyer Liqası: meydançaya liderlər çıxır
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turun daha iki oyunu keçiriləcək.

Turun ən maraqlı qarşılaşmalarından biri Qəbələdə oynanılacaq. Çempionatın liderlərindən biri olan "Qəbələ" öz meydançasında Bakının “Neftçi” klubunu qəbul edəcək. Oyun saat 15:30-da başlayacaq.

Turun son qarşılaşmasında isə lider "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 18:00-da start götürəcək.

Xatırladaq ki, hazırda "Qarabağ" 35 xalla turnir cədvəlinə başçılıq edir. "Qəbələ" 27 xalla ikinci, "Zirə" isə 25 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 670 dəfə oxundu.