Cüdo üzrə Azərbaycan yığması bu il sonuncu toplanışını keçirir
Cüdo üzrə Azərbaycan yığması Monqolustanın paytaxtı Ulan-Bator şəhərində bu il sonuncu təlim-məşq toplanışını keçirir.

Təlim-məşq toplanışında Nicat Şıxəlizadədən başqa milli komandanın bütün liderləri iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Çində və Koreyada Qran-pri yarışlarında, habelə Yaponiyada “Böyük dəbilqə” turnirində iştirak ediblər.

Toplanış dekabrın 22-dək davam edəcək.

Xəbər 742 dəfə oxundu.