Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib | |
Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib. Çempionatın yeddinci turunda “Araz” komandası BDU-ya 62:53, NTD klubu AzTOP-a 68:62, “Sıçrayış” “Baku Oilers”ə 84:63, “Bakı” kollektivi isə “Dərviş”ə 79:61 hesabı ilə qalib gəlib. Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq. Hesabında 13 xal olan NTD və “Bakı” komandaları turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. “Baku Oilers” isə 12 xalla üçüncü yerdədir. |
|
Xəbər 818 dəfə oxundu. |
|
|