Fuad Cəfərovun xatirəsinə həsr edilən uşaq şahmat festivalı başa çatıb
Respublika Şahmat Mərkəzində Fuad Cəfərovun xatirəsinə həsr edilən uşaq şahmat festivalı başa çatıb.

Sumqayıtlı şahmatçı Səbinə Rzalı 7 mümkün xaldan 6,5 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub. İkinci yerə Həsən Əhmədov (6 xal) çıxıb. Üçüncü yerin mükafatçısı isə əlavə göstəricilərə əsasən müəyyən edilib. Hərəyə 5,5 xal toplayan dörd şahmatçı arasında Buxholts əmsalı üzrə ən yaxşı göstərici Emil Mehrəliyevdə olub.

Doqquz yaşadək uşaqlar arasında ən yaxşı göstərici Avropa çempionatının gümüş mükafatçısı Read Səmədovda olub. Qızlar arasında əsas mükafatı isə Aydan Hüseynova qazanıb.

Turnirdə 5-13 yaş arasında 84 şahmatçı iştirak edib. Yarışların nəticəsinə əsasən onların çoxu beynəlxalq ELO əmsalı qazanacaq.

Xəbər 715 dəfə oxundu.