«Leipzig Leopards» – «Baku Fires»: Heyətdə dəyişikliklər var
Fevralın 10-da Almaniyanın Halle şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun döyüşləri keçiriləcək. İdman.com.az saytının xəbərinə görə, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşdə «Baku Fires» yerli «Leipzig Leopards» komandası ilə qarşılaşacaq. Artıq hər 2 komandanın heyəti açıqlanıb. Bəzi çəkilərdə dəyişikliklər var.

Vətən Hüseynli «Baku Fires»ın heyətində ilk döyüşünə çıxacaq. Boksçumuzu ciddi rəqib gözləyir. Kevin Küntsel keçirdiyi hər üç matçda qələbə qazanıb.
Məhəmməd Əbdülhəmidov da eyni göstəriciyə malikdir. O, danimarkalı Dennis Villi Ceylanla mübarizə aparacaq.
«Leipzig Leopards»ın heyətində Semyon Qrivaçyovun rəqibi olan yeniyetmələr arasında olimpiya və dünya çempionu Artur Brili də qeyd etmək olar.
Xatırladaq ki, Bakıda Azərbaycan klubu almanları 5:0 hesabı ilə məğlub edib.

«Leipzig Leopards» – «Baku Fires»

54 kq. Dennis Villi Ceylan (Danimarka) - Məhəmməd Əbdülhəmidov (Azərbaycan)
61 kq. Artur Bril (Almaniya) - Semyon Qrivaçyov (Azərbaycan)
73 kq. Ştefan Hertel (Almaniya) - Nikolay Veselov (Belarus)
85 kq. Kevin Küntsel (Almaniya) - Vətən Hüseynli (Azərbaycan)
+91 kq. Filipp Gruner (Almaniya) - Hacı Murtuzəliyev (Azərbaycan)

Turnir cədvəli:

1.«Baku Fires» – 24 xal, döyüşlərin fərqi - 33-7 (8 matç)
2.«Leipzig Leopards» – 13, 21-19 (8)
3.«Mexico City Guerreros» – 13, 19-15 (7)
4.«Paris United» – 12, 17-22 (8)
5.«Istanbul Bosphorus» – 11, 18-22 (8)
6.«Beijing Dragons» – 3, 6-29 (7)

Xəbər 991 dəfə oxundu.