“Heydər zirvəsi”nə xatirə yürüşü
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş uğurla başa çatıb.

Artıq ənənəyə çevrilən yürüş Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası (ADEINFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX) tərəfindən təşkil olunub.

FAIREX idmançılarının bir qrupu çətin hava şəraitinə baxmayaraq, zirvəyə qalxaraq ümummilli lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadimin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Xəbər 867 dəfə oxundu.