Futzal üzrə Azərbaycan millisi seçmə mərhələdə ikinci qələbəsini qazanıb
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ikinci qələbəsini qazanıb.

Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində Belarus millisi ilə qarşılaşan komandamız 7:2 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Eduardo Mello Borges het-trik edib. Hərəyə 1 dəfə Vitali Borisov, Vieira Da Silva Augusto Sezar, Ramiz Çovdarov və Fineo de Araujo fərqlənib.

İlk oyunda millimiz İsveç millisini 8:2 hesabı ilə məğlub etmişdi.

Futzalçılarımız növbəti oyununu dekabrın 13-də Xorvatiya yığmasına qarşı keçirəcək.

Xəbər 760 dəfə oxundu.