“İnter” – “Sumqayıt” görüşünün hakim təyinatlarında dəyişiklik edilib
Topaz Premyer Liqasının XVI turunun bu gün keçiriləcək “İnter” – “Sumqayıt” görüşünün hakim təyinatlarında dəyişiklik edilib. Belə ki, bu oyuna əlavə köməkçi hakim kimi təyinat alan Rauf Cabbarovu Xəlil Xəlilov əvəzləyib. Buna səbəb Rauf Cabbarovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki işidir.

Xəbər 687 dəfə oxundu.