PFL oyunların vaxtını dəyişdi

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən Unibank Premyer Liqası və I divizionun təqvimində dəyişikliklər edilib.
Belə ki, Unibank Premyer Liqasının XIX turunun bütün görüşləri 10-11 fevral 2012-ci il tarixindən 07 mart 2012-ci il tarixinə keçirilib.
Azərbaycan kubokunun 1/4 final ilk oyunları 07-08 mart 2012-ci il tarixindən 13-14 mart 2012-ci il tarixinə keçirilib.
Azərbaycan kubokunun 1/4 final cavab oyunları 13-14 mart 2012-ci il tarixindən 28-29 mart 2012-ci il tarixinə dəyişilib.
I divizionun XVI turunun bütün görüşləri 11-12 fevral 2012-ci il tarixindən 28-29 mart 2012-ci il tarixinə keçirilib.

Xəbər 1051 dəfə oxundu.