Milli komandamız Monqolustanda təlim-məşq toplanışını davam etdirir
Cüdo üzrə Azərbaycan milli komandası Monqolustanın paytaxtı Ulan-Batorda təlim-məşq toplanışını davam etdirir. Zədə ucbatından bu ölkəyə səfər etməyən Nicat Şıxəlizadə istisna olmaqla, yığma komandamız bütün heyətlə toplantıda iştirak edir. Milli komandanın baş məşqçisi Peter Zayzenbaherin rəhbərliyi altında keçən təlim-məşqdə cüdoçularımız böyük əzmlə çalışmaqdadırlar. Yüksək səviyyədə təşkil olunan toplantı dekabrın 22-dək davam edəcək.

Xatırladaq ki, cüdoçularımız bugünlərdə Çin və Cənubi Koreyada keçirilən Qran-pri, eləcə də Yaponiyada təşkil olunan “Böyük dəbilqə” yarışlarında iştirak ediblər və bu turnirlərin hər üçündə medallar qazanıblar.

Xəbər 903 dəfə oxundu.