Karate Federasiyasının rəhbərlik və idarə heyətində dəyişikliklər edilib
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərlik və idarə heyətində bir sıra dəyişikliklər edilib.

Milli komandaların baş məqçisi, əməkdar məşqçi və əməkdar idman xadimi Rəhman Hətəmov federasiyanın 1-ci vitse-prezidenti təyin olunub. Yeni formalaşan idarə heyətinin üzvləri isə 9 nəfərdən ibarətdir.

Heyətə AMKF-in prezidenti Yaşar Bəşirov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti , millət vəkili Ülvi Quliyev, federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Gənclər və İdman nazirliyinin nümayəndəsi Cəbrayıl Həsənov, baş sponor Azərbaycan beynəlxalq Bankının nümayəndəsi Elmir Həbibullayev, federasiyanın baş hakimi Jahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov daxil edilib.

Xəbər 728 dəfə oxundu.