“Qəbələ” klubu Bakıda Rusiyanın “Krasnodar” komandasını qəbul edib
“Qəbələ” – “Krasnodar” (Rusiya) – 0:3
UEFA Avropa Liqası, qrup mərhələsi, C qrupu, VI tur
10 dekabr. Saat 22:00. Bakı. “Bakcell Arena” stadionu
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Baş hakimin köməkçiləri: Mikloş İştvan Naqi, Vasile Florin Marinesku (hər ikisi Rumıniya)
Əlavə köməkçi hakimlər: Kristian Balay, Marius Avram (hər ikisi Rumıniya)
Dördüncü hakim: Ovidiu Artene (Rumıniya)
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
Sarı vərəqələr: Şarl Kabore, 9, Dodo, 25
Qollar: Raynar Siqurdson, 26, Mourisio Pereyra, 41, Vanderson, 75
Artırılan vaxt: I hissədə 0 dəq.; II hissədə 4 dəq.

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilir. “Qəbələ”nin mübarizə apardığı C qrupunda son turun qarşılaşmaları ilə mübarizəyə yekun vurulub. “Qırmızı-qaralar” öz meydanında “Krasnodar”ı qəbul edib. Komandamız rusiyalılarla matça ötən turun PAOK-la (Yunanıstan) qarşılaşması ilə müqayisədə 4 dəyişikliklə başlayıb. Bu dəfə start heyətindən kənarda qalan Dmirti Bezotosnı, Samir Zərgərov, Ermin Zets və Rəşad Sadiqovu ilk “11-lik”də Andrey Popoviç, Fakundo Pereyra, Derlis Meza Kolli ilə Dodo əvəzləyib. Bu matçın nəticəsindən asılı olmayaraq, avrokubok mövsümünü başa vuracağı dəqiqləşən “Qəbələ” son qarşılaşmaya qələbə istəyi ilə çıxıb. Bu üzdən də görüşə daha fəal başlayan “Qəbələ” ilk dəqiqələrdə cüzi üstünlüyü ələ alıb. “Qırmızı-qaralar”ın ilk hücumu zamanı Dodo qapı istiqamətində zərbə endirsə də, “çərçivə”yə düşə bilməyib. Tədricən oyunu bərabərləşdirən qonaqların ilk təhlükəli epizodu zamanı Odil Axmedovun yaxın məsafədən dəqiq zərbə vurmasına Arif Daşdəmirov mane olub. “Qırmızı-qaralar”ın künc zərbəsindən sonra Sergey Zenyovun baş zərbəsinə dəqiqlik çatmayıb. Komandamızın növbəti həmləsinin qarşısını isə Andreas Qrankvist alıb. Aleksey Antonovun zərbəsi də dəqiq alınmayıb. Qonaqların hücumu isə Pavel Mamayevin güclü zərbəsi ilə nəticələnib. Dirəyə dəyən top meydanı tərk edib. Hücumlarını artıran rusiyalılar hissənin ortalarında hesabı açıb. Cərimə zərbəsindən sonra Raynar Suqurdson 7 metrdən başla yaxın aşağı küncü dəqiq nişan alıb. Qoldan 3 dəqiqə sonra “Qəbələ” hesabda tarazlıq yaratmağa yaxın olub. Zenyovun cinahdan hava ötürməsindən sonra Dodonun yaxın məsafədən baş zərbəsi dəqiq alınmayıb. Qonaqların fərqi artırmasına isə Rafael Santos imkan verməyib. Braziliyalı Joazinyonun qarşısını ala bilib. 37-ci dəqiqədə Antonovun sol cinahdan yaxın dirəyin yaxınlığına ötürməsinə Zenyovdan əvvəl qonaqların qapıçısı çatıb. Fasilə ərəfəsində isə “Krasnodar” 2-ci qolu vurub. Mourisio Pereyra 30 metrdən qüvvətli zərbə ilə fərqi artırıb.
İkinci hissənin əvvəlində də təhlükəli hücum təşkil edən komandamız hesabı dəyişə bilməyib. Rusiyalı müdafiəçilər daha sayıq davranaraq, topu küncə çıxarıb. Krasnodarlıların üstünlüyü ələ keçirməsi Roman Qriqorçuku dəyişikliklər etməyə vadar edib. Ukraynalı mütəxəssis oyunun axarını dəyişmək üçün əvvəl Zərgərovu, ardınca Zetsi meydana buraxıb. Lakin komandamız rusiyalıların müdafiə xəttini yarmaqda çətinlik çəkib. 68-ci dəqiqədə “qırmızı-qaralar” fərqi azaltmağa yaxın olub. Lakin Dodonun cərimə meydanı xaricindən vurduğu zərbəni qapıçı Dikan dəf edib. 3 dəqiqə sonra Rikardinyonun cərimə zərbəsindən sonra təhlükəli epizod yaransa da, qolla nəticələnməyib. 76-cı dəqiqədə isə “Krasnodar” 3-cü qolu vurub. Rikardo Labordenin ötürməsindən sonra qapıçı meydanında uzaq boş qalan Vanderson fərqi artırıb. Topa nəzarət edən qonaqların növbəti qolu vurmasına isə Popoviçin reaksiyası imkan verməyib. 86-cı dəqiqədə Antonovun güclü zərbəsini qapıçı küncə çıxarıb. Komandalar son dəqiqələrdə də qarşılıqlı hücumlar təşkil etsə də, hesab dəyişməyib. Uzatma dəqiqələrinsə Dodo cərimə meydanında yıxılsa da, hakim qayda pozuntusu qeydə almayıb.

Qrupumuzda keçirilən digər oyunda Yunanıstanın PAOK klubu Almaniya təmsilçisi “Borussiya”nı (Dortmund) məğlub edib – 1:0.



1 Krasnodar 6 4 1 1 9-4 13
2 Borussiya 6 3 1 2 10-5 10
3 PAOK 6 1 4 1 3-3 7
4 Qəbələ 6 0 2 4 2-12 2
“Qəbələ”
1. Andrey Popoviç
3. Voyislav Stankoviç
20. Rikardinyo
21. Arif Daşdəmirov
44. Rafael Santos
10. Dodo (k)
19. Aleksey Qay
(6. Rəşad Sadiqov, 76)
88. Derlis Meza Kolli
9. Sergey Zenyov
(66. Samir Zərgərov, 57)
32. Fakundo Pereyra
(7. Ermin Zets, 61)
69. Aleksey Antonov

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
15. Vitali Vernidub
34. Ürfan Abbasov
4. Elvin Camalov

Baş məşqçi: Roman Qriqorçuk

“Krasnodar”
31. Andrey Dikan
6. Andreas Qrankvist (k)
17. Vitali Kaleşin
(21. Rikardo Laborde, 65)
27. Ranyar Siqurdsson
7. Pavel Mamayev
10. Odil Axmedov
22. Joazinyo
33. Mourisio Pereyra
(8. Yuri Qazinski, 68)
77. Şarl Kabare
98. Sergey Petrov
14. Vanderson

Ehtiyat oyunçular:
16. Anton Koçenkov
3. Stefan Strandberq
68. Andrey Batyutin
63. Nikalay Komilçenko
90. Fyodor Smolov

Baş məşqçi: Oleq Kononov

Xəbər 726 dəfə oxundu.